...

Akim Bədəlov: Azərbaycan alternativ enerji istehsalı üzrə dövlət strategiyası olan azsaylı ölkələrdən biridir

Siyasət Materials 2 Aprel 2012 12:45 (UTC +04:00)
Azərbaycan alternativ enerji istehsalı üzrə dövlət strategiyası olan azsaylı ölkələrdən biridir.
Akim Bədəlov: Azərbaycan alternativ enerji istehsalı üzrə dövlət strategiyası olan azsaylı ölkələrdən biridir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan alternativ enerji istehsalı üzrə dövlət strategiyası olan azsaylı ölkələrdən biridir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bazar ertəsi Bakıda keçirilən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclasında çıxışı zamanı deyib.

Bədəlov bildirib ki, Azərbaycan bu gün dünyada neft və qaz ölkəsi kimi tanınır, bununla belə geniş alternativ enerji mənbələrinə malikdir.

Onun sözlərinə görə, Azərbaycan bu günədək alternativ enerji istehsalına 70 milyon manat vəsait ayırıb.

Hazırda Qobustanda poliqon yaradılıb.

"Fikrimiz var ki, Qobustan şəhərini tam olaraq alternativ enerji ilə təmin edək", - Bədəlov əlavə edib.

Qeyd edək ki, iclasda Ermənistan Parlamentinin deputatı S.Safaryan "Azərbaycan neft və qaz sənayesindən başqa alternativ enerjilərə də fikir verməyi düşünürmü?" sualı ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti