...

ABŞ viza rüsumlarını dəyişəcək

Siyasət Materials 2 Aprel 2012 14:56 (UTC +04:00)
Aprelin 13-dən etibarən ABŞ Dövlət Departamenti viza rüsumlarını dəyişəcək.
ABŞ viza rüsumlarını dəyişəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Aprelin 13-dən etibarən ABŞ Dövlət Departamenti viza rüsumlarını dəyişəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, əksər qeyri-mühacir vizalarının və sərhəd keçid kartlarının rüsumları artacaq, bütün mühacir vizalarının rüsumları isə azalacaq.

Departament vizaların tətbiq qiymətini ərizə rüsumunu almaq ilə örtür. Bir sıra səbəblərə görə indiki rüsumlar qeyri-mühacir vizalarının tətbiq edilməsini artıq əhatə etmir. Viza tələbatı nəticəsində əlavə ştatın artırılmasına və xaricdə olan obyektlərin genişlənməsinə qeyri-mühacir viza rüsumunun artması dəstək verəcək.

Qeyri-mühacir vizalarının əksər kateqoriyalarının rüsumunun artırılmasına baxmayaraq, E (müqavilə dilerlər və müqavilə investorlar) və K (Amerika Birləşmiş Ştatlarının vətəndaşlarının nişanlıları üçün) vizalarının rüsumları azalacaq.

Qeyri-mühacir vizalarının rüsumları

Viza növü

Əvvəlki rüsum

Yeni rüsum

Turist, Biznes, Tranzit, Ekipajın üzvü, Tələbə, Mübadilə və jurnalist vizaları

$140

$160

Petisiya əsasında vizalar (H, L, O, P, Q, R)

$150

$190

Müqavilə İnvestor və Trader vizalar (E)

$390

$270

Nişanlı üçün (K)

$350

$240

Sərhəd Keçid Kartları (15 və yuxarı yaşında olanlar üçün)

$140

$160

Sərhəd Keçid Kartları (15 yaşından aşağı)

$14

$15

Mühacir vizalarının xərclərinin yenidən ayrılması ilə bağlı bütün mühacir vizalarının rüsumu azalacaq.

Mühacir vizalarının rüsumları

Viza növü

Əvvəlki rüsum

Yeni rüsum

Yaxın Qohum və Ailə Üstünlük Ərizələri

$330

$230

İş əsasında ərizələr

$720

$405

Digər mühacir viza ərizələri

$305

$220

Diversity Viza Program rüsumu

$440

$330

Rezidentin Geriyə qayıtma statusunu müəyyən etmək üçün ərizə

$380

$275

Təklif olunan rüsumlar bu gün Federal Qeydiyyatda dərc olunub və 15 gün ərzində qüvvəyə minəcək. Müvəqqəti yekun qaydanı görmək üçün www.regulations.gov saytına daxil olun. Rəylər 60 gün ərzində bu qayda dərc olunan gündən qəbul olunacaq. Bu ərəfədə Departament ictimai rəylərə baxacaq və elan olunan sonuncu qayda bütün alınan rəylərə Departamentin cavabını əks etdirəcək.

Rüsum haqqında məlumatı Konsulluq İşlər Bürosunun travel.state.gov saytında və Amerika Birləşmiş Ştatlarının səfirliklərinin və konsulluqlarının saytlarında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti