...

Ermənistanın hakim partiyası seçki başlamamış saxtakarlığa əl atır

Siyasət Materials 2 Aprel 2012 18:41 (UTC +04:00)
Ermənistanın müxalif Erməni Milli Konqresi (EMK) Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında tələb irəli sürüb.
Ermənistanın hakim partiyası seçki başlamamış saxtakarlığa əl atır

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Ermənistanın müxalif Erməni Milli Konqresi (EMK) Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında tələb irəli sürüb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, EMK-nin koordinatoru Levon Zurabyan seçkiqabağı təbliğat kampaniyasının başlamamasına rəğmən, hakim Respublika Partiyasının bütün ölkə ərazisində təbliğat apardığını, çoxsaylı seçki qərargahları yaratdığını, hər tərəfdə əhalini respublikaçılara səs verməyə çağıran plakatların asıldığını bildirib.

Zurabyan hesab edir ki, bu pozuntular aradan qaldırılmazsa, MSK Respublika Partiyasının namizədlər siyahısını ləğv etməlidir.

Xəbər lenti

Xəbər lenti