...

Azərbaycan-Niderland münasibətlərinin 20 illiyinə həsr edilmiş seminar keçirilib (FOTO)

Siyasət Materials 2 Aprel 2012 19:15 (UTC +04:00)
Niderland və Azərbaycan arasındakı diplomatik münasibətlərin 20 illiyinə həsr edilmiş seminar keçirilib.
Azərbaycan-Niderland münasibətlərinin 20 illiyinə həsr edilmiş seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycan Diplomatik Akademiyası və Niderlandın Azərbaycandakı səfirliyi Niderlandın Clingendael İnstitutu ilə birgə "Niderland Krallığı və Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlərin 20 illiyi"nə həsr edilmiş "Dəyişən dünyada ikitərəfli münasibətlərin rolu" adlı seminar keçirib.

Tədbirdə qonaq qismində Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde, Niderland Xarici İşlər Nazirliyinin Azərbaycanda xüsusi səfiri Mixil den Hond və Niderlandın beynəlxaq əlaqələr institutu olan Clingendael İnstitutunun mühazirəçisi Kees Homan iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru səfir Hafiz Paşayev iki ölkə arasındakı münasibətlərin 20 illik ildönümünün ADA-da qeyd olunmasından çox məmnun olduğunu qeyd edib.

Niderland səfiri Aryen Uyterlinde çıxışında qeyd edib ki, Azərbaycan-Niderland münasibətləri ötən 20 ildə müxtəlif mərhələlərdən keçib və 2009-cu ildən bəri Niderland Azərbaycanla daha çox qeyri-neft sahəsində əməkdaşlıq etməyə diqqət yetirib.

Clingendael İnstitutunun mühazirəçisi Kees Homan "Dəyişən dünyada ikitərəfli münasibətlərin rolu" haqqında mühazirə deməklə, Clingendael İnstitutu və onun apardığı strateji tədqiqatların nəticəsi barədə geniş danışıb.

Tədbirdə Xarici İşlər Nazirliyi, Niderland səfirliyi, beynəlxalq təşkilatlar və media təşkilatlarının nümayəndələri, eləcə də ADA-nın tələbə və işçi heyəti iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti