...

İran ABŞ ilə danışıqlar aparmalıdır - sabiq prezident

Siyasət Materials 3 Aprel 2012 16:20 (UTC +04:00)
İran ABŞ ilə danışıqlar aparmalıdır və bu gün iki ölkənin qarşılıqlı münasibətləri heç də dalana dirənməyib.
İran ABŞ ilə danışıqlar aparmalıdır - sabiq prezident

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran ABŞ ilə danışıqlar aparmalıdır və bu gün iki ölkənin qarşılıqlı münasibətləri heç də dalana dirənməyib. Trend-in "Sharq" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İranın Məşvərət Şurasının sədri, ölkənin keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani "International Studies Journal" nəşrinin rəhbərliyi ilə görüşdə bildirib.

"ABŞ Rusiya, Çin, Avropa ilə yanaşı, dünyanın nüfuzlu dövlətidir. Əgər biz Avropa, Çin, Rusiya ilə razılaşa biliriksə, niyə də ABŞ ilə birbaşa dialoq qurmayaq?" - Rəfsəncani deyib.

Görüşdə yaxın onilliklə bağlı planlar müzakirə edilib.

"Mənim digər ideologiyalara heç bir aidiyyətim yoxdur. Mən İslam dininə etqad edirəm və bunu bir çoxları edir. İslam digər ideologiyaların nümayəndələri ilə danışıqların keçirilməsinə mane olmur", - Rəfsəncani qeyd edib.

İranın keçmiş prezidenti ayətullah Seyid Ruhullah Musəvi Xomeyniyə göndərdiyi məktubunu da xatırladıb.

"Mən Xomeyniyə 7 sualdan ibarət məktub göndərdim. Xomeyniyə yazdım ki, hələ o ölkənin ali lideridir və bu məsələləri həll etməlidir, əks təqdirdə bu məsələlər gələcəkdə ölkə üçün problemlər yaradacaq", - Rəfsəncani bildirib.

O əlavə edib ki, məktubdakı məsələlərdən biri İran və ABŞ arasında dialoq haqqında olub.

"Dialoq o demək deyil ki, biz ABŞ-ın əlaltısı kimi fəaliyyət göstərəcəyik, - Rəfəsəncani deyib. - Əgər onlar mövqeyimizi qəbul etsələr və biz də onları qəbul etsək, o zaman dialoq uğurlu ola bilər".

Xəbər lenti

Xəbər lenti