...

Kazak Həmyerliləri Birliyi Azərbaycan Prezidentini ali ordenlə təltif edib (FOTO)

Siyasət Materials 4 Aprel 2012 14:49 (UTC +04:00)
Kazak Həmyerliləri Birliyi Azərbaycan Prezidentini ali ordenlə təltif edib
Kazak Həmyerliləri Birliyi Azərbaycan Prezidentini ali ordenlə təltif edib (FOTO)

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir S.Ağayeva/

Azərbaycan Kazakları Həmyerlilər Birliyinin Qoşun Kazak cəmiyyətinin Ataman İdarəsinin qərarı ilə kazakların tarixi, mədəni və vətənpərvərlik ənənələrinin dirçəlişinə göstərdiyi köməyə, ekstremizmlə və terrorizmlə mübarizəyə görə Azərbaycan Prezidenti İlham Əliyev kazakların ən yüksək mükafatı - Ataman Qolovatı Ordeni ilə mükafatlandırılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Viktor Mereşkin məlumat verib.

Onun sözlərinə görə, kazakların ali ordeni artıq dövlət başçısına çatdırılıb.

O həmçinin qeyd edib ki, azərbaycanlı kazaklar həmişə Azərbaycanın müstəqilliyini müdafiə ediblər və gələcəkdə də bu mövqeni dəstəkləyəcəklər.

"Kazaklar daima Azərbaycana çətin dəqiqələrdə kömək göstərməyə və respublikanın ərazi bütövlüyünün bərpasında iştirak etməyə hazır olublar", - ataman deyib.

Bundan əvvəl Ukrayna prezidentləri Viktor Yuşenko və Viktor Yanukoviç Ataman Qolovatı Ordeni ilə təltif olunublar.

Anton Andreyeviç Qolovatı (1744-1797) keçmiş Çernomorsk (indiki Kuban) kazak qoşunlarının yaradıcılarından biri hesab olunur. O, kazak qoşunlarının Kubana köçürülməsində və onun yeni diyarda təşkilində əsas xadimlərdən olub. 1797-ci ildə Qolovatı iki kazak alayı və Xəzər donanmasının başında Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə yürüşə çıxıb.

Azərbaycan Kazakları Həmyerlilər Birliyi Ədliyyə Nazirliyində 1994-cü il noyabrın 16-da qeydiyyatdan keçib. İttifaq ulu babaları kazak köklərinə malik olan və kazakların qayda və ənənələrini qəbul edən təxminən 1500 nəfəri birləşdirir.

Xəbər lenti

Xəbər lenti