...

TürkPA-nın baş katibi xaricdə təhsil alan azərbaycanlıların forumuna qatılacaq

Siyasət Materials 5 Aprel 2012 16:53 (UTC +04:00)
TürkPA-nın baş katibi Ramil Həsənov ''Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu''nun (ASAIF) aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti forumunda iştirak edəcək.
TürkPA-nın baş katibi xaricdə təhsil alan azərbaycanlıların forumuna qatılacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

TürkPA-nın baş katibi Ramil Həsənov ''Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu''nun (ASAIF) aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti forumunda iştirak edəcək. Bu barədə cümə axşamı Trend-ə TürkPA Katibliyindən məlumat verilib.

Forumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, gənclərin problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaqdır. Eyni zamanda, tədbirdə məqsəd dövlət rəsmiləri ilə gənclərin bir araya gələrək onlar arasında dialoqu təmin etmək və Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

Forumun ikinci günündə ASAIF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri və dörd fərqli mövzunu əhatə edən işçi qrupları üzrə müzakirələr keçiriləcək. TürkPA-nın baş katibi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu'' mövzusunda keçiriləcək panelin moderatoru olacaq.

Xəbər lenti

Xəbər lenti