Azərbaycan, Bakı, 11 aprel /Trend/
Suriya hökuməti bəyan edib ki, 12 aprel saat 06:00-dan etibarən atəşi dayandıracaq. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov "Twitter"dəki mikrobloqunda məlumat verib.
"Suriya hökuməti 12 aprel saat 06:00-dan etibarən atəşin dayandırılacağı barədə bəyanat verib. Hazırda söz silahlanmış müxalifətindir. Annan planının şərtləri belədir", - o, mikrobloqunda yazır.