...

"Böyük nüvə sövdələşməsi" mümkündür - Trend-in icmalçısı

Siyasət Materials 17 Aprel 2012 17:07 (UTC +04:00)
İranın nüvə proqramı ilə bağlı problemi həll etmək üçün Qərb nüvə məsələsinin texniki təfərrüatlarını siyasi təhlükəsizlik məsələlərindən ayırmalıdır.
"Böyük nüvə sövdələşməsi" mümkündür - Trend-in icmalçısı

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

İranın nüvə proqramı ilə bağlı problemi həll etmək üçün Qərb nüvə məsələsinin texniki təfərrüatlarını siyasi təhlükəsizlik məsələlərindən ayırmalıdır.

İstanbulda İran ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri və Almaniya (5+1) arasında baş tutan danışıqların uğuru o anlama gələ bilər ki, tərəflər bu məsələni siyasiləşdirmədən İranın nüvə fəaliyyətinə köklənə bilsələr, nüvə proqramını həll etmək olar.

Qərb və İran tərəflər arasında qarşılıqlı anlaşmanın olmaması səbəbindən 15 ay müddətinə dayandırılan İranın nüvə proqramı üzrə danışıqları "müsbət" kimi qiymətləndirib. Danışıqlar aprelin 14-də İstanbulda keçirilib.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlığa başlamasından sonra böyük sazişin imzalanması məntiqi olardı. Bu onu göstərərdi ki, İran Qərb tərəfdən hücuma məruz qalmayacaq.

İnsan haqları, İranın "Hizbullah"ı və ya digər regional qrupları dəstəkləməsi və məsələyə aidiyyəti olmayan başqa işlər Qərb ölkələrinin İranın nüvə proqramını həll etmək səylərinə təsir etməməlidir. Bunu edə bilmək qabiliyyətinin olmaması yalnız parçalanmanı daha da dərinləşdirərdi.

Əgər Qərb dövlətləri İranın nüvə silahının yayılmaması haqqında müqavilə və bu müqaviləyə aid olan Əlavə Protokol üzrə uranın zənginləşdirilməsi hüquqlarını tanısa, o zaman İran onlarla daha sıx əməkdaşlıq edə bilər. İranın özünün nüvə proqramı üzrə nüvə silahı yaratmaq imkanı verəcək belə texniki səviyyəyə çata bilməsi onun bunu edəcəyi mənasına gəlmir.

İranın dinc nüvə fəaliyətinə qanuni haqqı olmasının rəsmi tanınması İrana nüvə proqramı olan, lakin Yaponiya və Cənubi Koreya daxil olmaqla, nüvə silahı istehsal etməyən digər ölkələrin etdiyi kimi öz məqsədlərini güdməyə imkan verir.

Bu məsələnin həll edilməsi üçün BAEA-nın İranın nüvə obyektləri üzərində müşahidələrinin və agentliklə İran arasında geniş texniki əməkdaşlığın artırılmasından başqa çıxış yolu yoxdur.

Daha çox yoxlamanın aparılması nüvə məsələsini siyasi məsələlərə qatmamağa imkan verəcək və problemə texniki yanaşma siyasi məsələni əvəzləyəcək. Bu zəruridir, çünki İranın nüvə proqramı qayıtmaz nöqtədən keçib və onu dayandırmaq praktiki baxımdan qeyri-mümkündür.

Xəbər lenti

Xəbər lenti