...

İlham Əliyev Ukrayna Ali Radasının sədrini qəbul edib

Siyasət Materials 18 Aprel 2012 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Ukrayna Ali Radasının sədrini qəbul edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edən Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin razılıq doğurduğunu dedi. Ölkələrimizin parlament nümayəndə heyətlərinin beynəlxalq strukturlarda, o cümlədən Avropa Şurasındakı fəaliyyətinin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yaxınlarda Avronest Parlament Assambleyasının sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin parlamentlərinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlığın Azərbaycan-Ukrayna çoxtərəfli əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini dedi. Dövlətimizin başçısı Ukrayna Ali Radasının sədri Vladimir Litvinin ölkəmizə səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. Vladimir Litvin Ukraynanın ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu vurğuladı. Ukrayna Ali Radasının sədri Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Xəbər lenti

Xəbər lenti