...

İraqdakı vəziyyət "Nabukko" üçün qaz tədarükünə mane olur – Türkiyə Baş nazirinin müavini

Siyasət Materials 21 Aprel 2012 15:04 (UTC +04:00)
İraqdakı qeyri-sabit siyasi vəziyyət "Nabukko" üçün İraq qazının tədarükünə mane olur.
İraqdakı vəziyyət "Nabukko" üçün qaz tədarükünə mane olur – Türkiyə Baş nazirinin müavini

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Tağıyeva/

İraqdakı qeyri-sabit siyasi vəziyyət "Nabukko" üçün İraq qazının tədarükünə mane olur. Bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib. Bu barədə Trend şənbə günü "Anadolu" agentliyinə istinadən xəbər verir.

"İraqın mərkəzi hakimiyyəti ilə kürd administrasiyası arasındakı parçalanma "Nabukko" üçün İraq qazının tədarükündə əngəl olacaq", - Babacan bildirib.

O, həmçinin qeyd edib ki, "Nabukko" layihəsi həm Avropanın enerji təhlükəsizliyi, həm də regionda iqtisadi canlanma üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti