...

İran sərhədlərinin möhkəmləndirilməsinə 80 milyon dollardan çox sərmayə yatıracaq

Siyasət Materials 26 Aprel 2012 12:22 (UTC +04:00)
Bu il İranın sərhədlərini möhkəmləndirmək üçün 100 milyard tümən (81 milyon dollardan çox (1 dollar 1225 tüməndir) vəsait sərf olunacaq.
İran sərhədlərinin möhkəmləndirilməsinə 80 milyon dollardan çox sərmayə yatıracaq

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Cəfərov/

Bu il İranın sərhədlərini möhkəmləndirmək üçün 100 milyard tümən (81 milyon dollardan çox (1 dollar 1225 tüməndir) vəsait sərf olunacaq. Bunu İranın hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Müqəddəm bu gün Qəsrşirin sərhədçiləri ilə görüşündə bildirib ki, ölkənin sərhədləri qorunur və düşmənlərin baş verə biləcək təhlükəsinə layiqli cavab veriləcək.

Onun sözlərinə görə, cari ildə sərhədlərin möhkəmlənməsi üçün ayrılmış vəsaitin istifadəsi ilə ölkə sərhədlərində yük və yanacaq qaçaqmalçılığının qarşısı alınacaq.

Xəbər lenti

Xəbər lenti