Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 6-na təyin edilən mitinqlə bağlı müraciətini cavablandırıb.
Müsavat Partiyasından cümə axşamı Trend-ə bildiriblər ki, cavab məktubunda aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.
Qeyd edək ki, İctimai Palata mayın 6-na planlaşdırdığı mitinqi şəhərin mərkəzi hissələrində keçirmək istəyir.