...

Azərbaycan Prezidenti BMT-nin baş katibi ilə görüşüb

Siyasət Materials 5 May 2012 22:00 (UTC +04:00)
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb.
Azərbaycan Prezidenti BMT-nin baş katibi ilə görüşüb

Azərbaycan, Bakı, 5 may /Trend/

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb.

Görüşdə BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyi ilə əlaqədar Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfərinin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını uğurlu addım kimi dəyərləndirdi və bu mövzunun hazırda dünyada çox aktual məsələ olduğunu bildirib.

BMT-nin baş katibi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əhəmiyyətinə toxunub və bu sənədin ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsinə verdiyi töhfələri vurğulayıb. Pan Gi Mun Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratiyanın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə terrorizmə qarşı mübarizə mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasına BMT-nin baş katibi tərəfindən verilən qiymətə görə təşəkkür edib. Bildirdi ki, Azərbaycan terrorizmə qarşı mübarizədə və antiterror koalisiyasının tərkibində ilk günlərdən fəal iştirak edib. Ölkəmiz bundan sonra da bu işə öz töhfəsini verəcəkdir. Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi sahələrdə həyata keçirdiyi genişmiqyaslı islahatlar, demokratiyanın təmin olunması istiqamətində ölkəmizdə gedən böyük işlərdən danışıb.

Pan Gi Mun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair proseslərlə bağlı Prezident İlham Əliyevin fikirləri ilə maraqlanıb.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində meydana gələn bu münaqişənin həlli ilə bağlı bir daha ölkəmizin mövqeyi barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti