...

ABŞ tələbəsi Heydər Əliyev Mükafatı ilə təltif edilib

Siyasət Materials 8 May 2012 11:02 (UTC +04:00)
ABŞ tələbəsi Heydər Əliyev Mükafatı ilə təltif edilib
ABŞ tələbəsi Heydər Əliyev Mükafatı ilə təltif edilib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təsis etdiyi "Azərbaycana dair araşdırmalarda nailiyyətlərə görə Heydər Əlyev Mükafatı"na ABŞ-ın Montana Ştat Universitetinin siyasi elmlər fakültəsinin tələbəsi Stiven Babbit layiq görülüb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, universitetin siyasi elmlər fakültəsinin Montana ştatının Bozman şəhərində keçirilmiş tədbirində Baş Konsulluğun əməkdaşı Ramil Qurbanov iştirak edərək mükafatı Babbitə təqdim edib.

Tədbirdə çıxış edən Qurbanov ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsində göstərdiyi böyük xidmətlərdən bəhs edib, onun tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişafı və müasirləşdirilməsi siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Bildirilib ki, Montana Ştat Universitetinin professoru Tomas Qoltsun "Yeni İpək Yolu" adlı enerji və ətraf mühitlə bağlı intensiv yay məktəbi çərçivəsində Azərbaycana səyahət etmiş Babbit ölkəmizlə bağlı öz araşdırmalarında və universitetin diplomatik simulyasiyalarında yüksək fəallığı ilə seçilib.

Babbit fəaliyyətinə verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirərək, Azərbaycanla bağlı araşdırmalarını bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti