...

Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş kitab nəşr ediləcək

Siyasət Materials 8 May 2012 17:42 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə kitabın buraxılışı planlaşdırılır. Kitabda ikitərəfli münasibətlərin inkişafının bütün vacib mərhələləri əks olunacaq.
Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş kitab nəşr ediləcək

Qazaxıstan, Astana, 8 may /Trend, müxbir D.Muxtarov/

Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə kitabın buraxılışı planlaşdırılır. Kitabda ikitərəfli münasibətlərin inkişafının bütün vacib mərhələləri əks olunacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Astanadakı səfiri Zakir Həşimov bildirib.

"Bu kitabda Qazaxıstan-Azərbaycan diplomatiyası tarixində bütün vacib mərhələlər xronoloji qaydada əks olunacaq. Orada ötən illər ərzində tərəflər arasında imzalanan bütün sənədlər dərc ediləcək. Mətn fotoşəkillərlə müşahidə ediləcək", - Həşimov qeyd edib.

Onun sözlərinə görə, bu kitabın müəllifi qismində Azərbaycanın Qazaxıstandakı səfirliyi çıxış edir.

"Bundan başqa, mayın 25-də Astanada səfirliyimizin təşkilatçılığı ilə hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə və Azərbaycanın Müstəqillik Gününə həsr edilən qəbul baş tutacaq", - diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti