...

Bəstəkar Rauf Hacıyevin 90 illik yubileyi keçiriləcək

Siyasət Materials 11 May 2012 19:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bəstəkar Rauf Hacıyevin 90 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Rauf Hacıyevin 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ilin may ayında SSRİ xalq artisti, görkəmli bəstəkar və tanınmış ictimai xadim Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 90 ili tamam olur.

Rauf Hacıyev musiqi sahəsində çoxşaxəli fəaliyyət göstərərək ölkəmizdə operetta və balet janrlarının inkişafında mühüm rol oynayıb, mahnılar müəllifi kimi geniş şöhrət qazanıb.

Xəbər lenti

Xəbər lenti