...

Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olub

Siyasət Materials 22 May 2012 10:11 (UTC +04:00)
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə “bp” şirkəti ilə birgə səylər nəticəsində “Cənub” dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulandı
Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olub

Azərbaycan, Bakı, 22 may /Trend/

Çikaqoda Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun görüşü olub.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə "bp" şirkəti ilə birgə səylər nəticəsində "Cənub" dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulandı.

Bundan əlavə, Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığa böyük əhəmiyyət verildiyi qeyd edildi.

Görüşdə tərəflər arasında bir sıra regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti