Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/
Antiazərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda təşkil etdiyi konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər", - PA rəsmisi əlavə edib.
Onun sözlərinə görə, xalqın etmadına söykənməyən heç bir qurum möhkəm ola bilməz.
"Onlar heç bir xarici təşkilat qarşısında Dağlıq Qarabağ problemini, qaçqın-köçkün problemini qaldırmadı", - Həsənov deyib.
PA rəsmisi hesab edir ki, müxalifətçilər "xalq yürüşü" zamanı xarici jurnalist görən kimi özünü yerə ataraq çığırıblar.
"Müxalifətin təşkil etdiyi "xalq yürüşü" də məhs belə oldu", - Həsənov deyib.