...

Regionlararası əməkdaşlıq Azərbaycan və Rusiya arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün zəmin yaradır

Siyasət Materials 28 İyun 2012 17:54 (UTC +04:00)
Üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində aparılan diskussiyaların nəticələri üzrə yeni praktiki əhəmiyyətli təşəbbüslər irəli sürüləcək.
Regionlararası əməkdaşlıq Azərbaycan və Rusiya arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün zəmin yaradır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində aparılan diskussiyaların nəticələri üzrə yeni praktiki əhəmiyyətli təşəbbüslər irəli sürüləcək. Bu təşəbbüslər təkcə regional deyil, həm də ümumilikdə dövlətlərarası əməkdaşlıq üçün stimullaşdırıcı əhəmiyyət kəsb edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Rusiya Prezidenti Adiministrasiyanın Xarici ölkələrlə mədəniyyətlərarası əlaqələr üzrə idarəsinin rəhbəri Vladimir Çernov "dəyirmi masa"da bildirib.

"Bununla yanaşı, diskussiyaların açıq xarakteri regionlararası qarşılıqlı fəaliyyəti MDB çərçivəsində daha geniş inteqrasiya əməkdaşlığı təcrübəsi ilə zənginləşdirməyə yaxşı imkan vermək üçün nəzərdə tutulub", - Çernov deyib.

"Şimal-Cənub" Siyasi Mərkəzinin icraçı direktorunun müavini Yuliya Yakuşevanın fikrincə, Rusiya və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin gündəliyində hazırda ticari-iqtisadi əlaqələr, Xəzərdə nəqliyyat layihələri, səhiyyə, humanitar və informasiya əlaqələri, ekologiya sahəsində layihələr istiqamətində əməkdaşlığın intensivləşdirilməsi vasitəsilə milli iqtisadiyyatların inkişafının birgə modernləşdirilməsi vəzifəsi dayanır.

"Bununla belə, bu prioritet vəzifələrin həllində ölkələrimizin regionları arasında qarşılıqlı fəaliyyətin üzərinə vacib rol düşür", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti