...

Diasporla İş üzrə Dövlət Komitəsi DAK-dakı fikir ayrılığına münasibət bildirib

Siyasət Materials 5 İyul 2012 11:41 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlıları Konqresindəki (DAK) fikir ayrılığına münasibət bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsi DAK-dakı fikir ayrılığına münasibət bildirib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Mehdiyev/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlıları Konqresindəki (DAK) fikir ayrılığına münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələdə heç bir çaşqınlıq olmamalıdır.

"Bəzən eyni məsələyə müxtəlif yanaşmalar olur. Bu müxtəlif yanaşmalar da müəyyən mənada təşkilatlar arasında məsələlərə yanaşma fərqliliyinə gətirib çıxarır. Ona görə də, məsələlərə çox da diqqət yetirmək lazım deyil. Əsas məsələ bu təşkilatların vətənpərvərlik, dövlətçilik və Azərbaycanın ümdə məsələləri yönündə göstərdiyi fəaliyyətə qiymət verməkdir", - Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında İbrahimov deyib.

O bildirib ki, DAK-ın hər iki qolunda təmsil olunan şəxslər öz dövlətlərini sevirlər. "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal addımlar atırlar. Bu təşkilatların liderləri arasında olan münasibətlərdən asılı olmayaraq, hamısını müdafiə etmişik. Ad olaraq yox, göstərdikləri fəaliyyətlərə görə qiymət veririk", - İbrahimov deyib.

Xəbər lenti

Xəbər lenti