Azərbaycan, Qəbələ, 16 iyul /Trend, E. Mehdiyev/
İran bütün dünya üçün təhlükədir. Bu barədə Azərbaycanda ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinq bazar günü jurnalistlərə deyib.
"Bizim hökumətlərimiz İran təhlükəsinikifayət qədər tez-tez müzakirə edir, və mənə vurğulamağa icazə verin ki, o bütün dünya üçün təhlükədir", - Sterlinq deyib.
Onun sözlərinə görə, bu, xüsusi olaraq İranla həmsərhəd dövlətlərinə aiddir. "Biz İran nüvə proqramını görürük, terrorizmin dəstəyini görürük. Əlbəttə, bu təhlükələr İranla həmsərhəd olan dövlətlərə də aiddir", - diplomat əlavə edib.
İki Azərbaycan şairinin həbsinin mövzusuna toxunaraq, Sterlinq qeyd edib ki, amerikalılar vəziyyəti diqqətlə müşahidə edirlər, amma ABŞ hadisəyə cəlb edilməmişdir. "Bu hadisə - İran və Azərbaycan arasında ikitərəfli məsələdir", diplomat əlavə edib.