Azərbaycan, Bakı, 30 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Heydər Əliyev Mərkəzində olub.
Qeyd edək ki, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri nəticəsində yanğın baş vermişdi.
Baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlətimizin başçısına məlumat verilib. Vəziyyətlə yerindəcə tanış olan Prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlarını verib.