...

Azərbaycanın hakim partiyasının qurultayının 2013-cü ildə keçiriləcəyi gözlənilir

Siyasət Materials 2 Avqust 2012 14:40 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının qurultayının 2013-cü ildə keçiriləcəyi gözlənilir.
Azərbaycanın hakim partiyasının qurultayının 2013-cü ildə keçiriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 2 avqust /Trend müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının qurultayının 2013-cü ildə keçiriləcəyi gözlənilir. Bu barədə cümə axşamı Trend-ə partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, qurultayın bu il deyil, bilavasitə prezident seçkiləri baş tutacaq 2013-cü ildə keçirilməsi məqsədəuyğundur.

YAP icra katibinin müavini qeyd edib ki, artıq partiyanın bütün rayon təşkilatlarında hesabat konfransları yekunlaşdırılıb.

"Rayon təşkilatları konfranslarını yekunlaşdıraraq yeni heyətdə fəaliyyətini davam etdirir", - Novruzov deyib.

Yeni Azərbaycan Partiyasının 83 rayon təşkilatı və 600 minə yaxın üzvü var.

Xəbər lenti

Xəbər lenti