...

Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Koreya Respublikasının səfirini qəbul edib

Siyasət Materials 23 Avqust 2012 18:27 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Koreya Respublikasının səfirini qəbul edib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Koreya arasında uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edib və buna misal kimi çoxsaylı Koreya şirkətlərinin ölkəmizdəki fəaliyyətini göstərib. Ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə görə səfirə minnətdarlıq bildirən nazir Elmar Məmmədyarov, qarşılıqlı səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Həmçinin Nazir Elmar Məmmədyarov səfirə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir ölkəmizdə işlədiyi dövrün olduqca səmərəli keçdiyini söyləyib, təmsil etdiyi ölkənin xalqlarımız və hökumətlərimiz arasındakı münasibətlərin inkişafına çox böyük əhəmiyyət verdiyini xüsusilə vurğulayıb. Görüşün sonunda səfir faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.

Xəbər lenti

Xəbər lenti