...

Prezident İlham Əliyev ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətini qəbul edib

Siyasət Materials 8 Sentyabr 2012 17:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev son illər ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan danışdı.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığını dedi.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaher Azərbaycana ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu vurğuladı.

Görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmi qeyd olundu, ikitərəfli əlaqələr, regional və enerji sahəsində əməkdaşlıq, eləcə də əlaqələrimizin digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti