Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir V.Javoronkova/
ABŞ-ın Azərbaycandakı səfirliyi təhlükəsizliklə bağlı məsələləri şərh etməkdən imtina edib.
"Biz təhlükəsizliklə bağlı məsələləri şərh etmirik", - bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
KİV-in məlumatına görə, ABŞ-ın bir sıra ölkələrdəki səfirliklərinə Birləşmiş Ştatların Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücumun ardınca baş verə biləcək antiamerika etirazları barədə xəbərdarlıq edilib. Benqazidəki ABŞ konsulluğuna hücum nəticəsində ABŞ-ın Liviyadakı səfiri və üç ABŞ vətəndaşı həlak olub.
Səfirliklərə göndərilən xəbərdarlıqda dövlətlərin siyahısında Yaxın Şərqdə, Afrikada və Qafqazda yerləşən ən azı yeddi dövlətin adı var.
Onların arasında Ermənistan, Burundi, Küveyt, Sudan, Tunis və Zambiya var.
ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında Birləşmiş Ştatlar vətəndaşları üçün təhlükənin mümkünlüyü barədə məlumat yerləşdirilməyib.