...

Türkiyədə suriyalı qaçqınların bir hissəsi başqa şəhərlərə köçürülüb

Siyasət Materials 21 Sentyabr 2012 10:30 (UTC +04:00)
Türkiyənin Kilis və Hatay şəhərlərində sığınacaq tapmış suriyalı qaçqınların bir hissəsi Qaziantep, Şanlıurfa və Osmaniyyə şəhərlərinə köçürülüb.
Türkiyədə suriyalı qaçqınların bir hissəsi başqa şəhərlərə köçürülüb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Kilis və Hatay şəhərlərində sığınacaq tapmış suriyalı qaçqınların bir hissəsi Qaziantep, Şanlıurfa və Osmaniyyə şəhərlərinə köçürülüb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Hataydakı qaçqınların sayı 12 mini ötüb, onlar üçün az və ya çox dərəcədə babat şəraitin yaradılması artıq mümkün deyil.

Ona görə də, Türkiyə hakimiyyəti Qaziantep, Şanlıurfa və Osmaniyyə şəhərlərində əlavə çadır şəhərciklərinin təşkil edilməsini qərara alıb.

Türkiyə 84 minə yaxın suriyalı qaçqın var.

Xəbər lenti

Xəbər lenti