Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən hakim partiyasının lideri seçilib. Bu barədə TRT Haber telekanalı məlumat verir. Ərdoğan qurultay deleqatlarının 1421 səs çoxluğu ilə seçilib.
Türkiyədə bazar günü Ədalət və İnkişaf partiyasının dördüncü qurultayı keçirildi.
Qurultay zamanı delaqatlar partiyanın yeni liderini və siyasi inkişafın yeni istiqamətlərini müəyyən edirdilər. Qurultayın gündəliyində həmçinin PKK döyüşçüləriylə mübarizə, qonşu Suriyadan məcburi köçkünlərin kütləvi axını və təhsil islahatı məsələləri var idi.
Ərdoğan üçün cari baş nazir vəzifəsi artıq üçüncüdür.