...

İlham Əliyev Kambocanın Kralını təbrik edib

Siyasət Materials 8 Noyabr 2012 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Siamoniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Kambocanın Kralını təbrik edib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Siamoniyə təbrik məktubu ünvanlayıb.

"Kamboca Krallığının milli bayramı - Müstəqilliyin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Norodom Siamoniyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti