...

Bakıda QDİƏT PA-nın Daimi Komitəsinin 40-cı iclası keçirilir

Siyasət Materials 26 Noyabr 2012 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Daimi Komitəsinin 40-cı iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın açılışında QDİƏT PA-nın vitse-prezidenti Asəf Hacıyev bildirib ki, Daimi Komitənin iclasında ötən iclasın protokolunun təsdiq olunması, yeni mandatlara baxılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçi qismində QDİƏT-ə qəbul olunması, həmçinin QDİƏT nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı hesabatları müzakirəyə çıxarılıb.

Hacıyev qeyd edib ki, 39-cu Baş Assambleyanın keçirilməsindən ötən dövr ərzində Yunanıstan və Gürcüstanda keçirilən seçkilərdən sonra yeni milli nümayəndəliklər formalaşıb.

İclasda TürkPA-nın baş katibi Ramil Həsənovun QDİƏT rəhbərliyinə ünvanladığı məktub oxunub. Müzakirələrdən sonra TürkPA quruma müşahidəçi qismində qəbul edilib.

Qeyd edək ki, QDİƏT Baş Assambleyasının 40-cı iclası noyabrın 27-də Milli Məclisin plenar zalında öz işinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti