...

Ermənistan Prezidenti Serj Sarkisyan ikinci müddətə namizədliyini irəli sürüb

Siyasət Materials 15 Dekabr 2012 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası ölkə rəhbəri postuna öz namizədini rəsmən təqdim edib. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər verir.

Prezident seçkiləri 2013-cü il fevralın 18-nə təyin olunub.

Ermənistan qanunvericiliyinə uyğun olaraq, prezident beş il müddətinə seçilir və ikinci dəfə seçilmək hüququna malikdir.

Serj Sarkisyan 2008-ci ildə dövlət başçısı vəzifəsinə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti