...

Azərbaycanın hakim partiyası 600 mininci nəfərə üzvlük vəsiqəsini təqdim edib

Siyasət Materials 22 Dekabr 2012 12:28 (UTC +04:00)
Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 600 min nəfərə çatıb.
Azərbaycanın hakim partiyası 600 mininci nəfərə üzvlük vəsiqəsini təqdim edib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 600 min nəfərə çatıb. Trend-in məlumatına görə, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov 600 mininci üzvə partiyanın vəsiqəsini təqdim edib.

Bununla bağlı YAP-ın şənbə günü keçirilən tədbirində çıxış edən Əhmədov deyib ki, partiyanın 600 mininci üvzü Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi İsmayılov Rövşən Mehman oğludur.

YAP-ın 600 mininci üzvünə vəsiqənin təqdim edilməsini mühüm sayan Əhmədov bildirib ki, Azərbaycanda YAP qədər üzvü olan siyasi təşkilat olmayıb.

"Bu, bütövlükdə Azərbaycanın siyasi həyatı üçün çox əlamətdardır ki, 600 mininci üzvlüyə vəsiqə gənc oğlana təqdim olunub", - Əhmədov deyib.

Onun sözlərinə göə, YAP üzvlərinin 40 faizindən çoxu gənclərdir. O, yaxın vaxtlarda YAP üzvlərinin sayında gənclərin artacağını da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti