...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü İsveçrədə qeyd olunub (FOTO)

Siyasət Materials 29 Dekabr 2012 17:47 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Bern şəhərində tədbir təşkil edib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü İsveçrədə qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Bern şəhərində tədbir təşkil edib.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, elmi fəaliyyət ilə məşğul olan ziyalılar və Azərbaycanla yaxın təmasda olan İsveçrə vətəndaşları iştirak ediblər.

Tədbirin giriş sözü ilə açan səfir Əkrəm Zeynallı Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu tarixin mahiyyəti və məqsədi ahqda danışıb, xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanı beynəlxalq ictimaiyyət arasında tanıdılması və təbliğ edilməsində müstəsna rolu, ölkə hökumətinin bu istiqamətdə Azərbaycan diasporuna verdiyi dəstək, habelə ölkəmizin son illərdə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışıb.

İki hissəli tədbirin birinci hissəsində Azərbaycan milli musiqi kompozisiyalarını ifa etmək üçün Bernə təşrif buyurmuş Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" musiqi qrupu tədbir iştirakçılarının qarşısında çıxış edib. Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin ifaları tədbirə qatılmış qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramından sonra səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə milli mətbəximizin təamları qonaqlara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti