...

Ermənistanda seçkiqabağı ehtiraslar

Siyasət Materials 9 Yanvar 2013 11:12 (UTC +04:00)

Arzu Nağıyev, Trend-in icmalçısı

Ermənistanda keçirilən prezident seçkisi və onun nəticələrini bölgə ölkələri kimi, Azərbaycan üçün də strateji məsələ hesab etmək olar. Çünki Azərbaycan torpaqları Ermənistan tərəfindən hələ də işğal altında saxlanılır, rəsmi Yerevan Dağlıq Qarabağ probleminin həllində qeyri-konstruktivlik nümayiş etdirir. Bu baxımdan Ermənistanda seçkiöncəsi baş verən proseslər Bakıda diqqətlə izlənilir, təhlil edilir.

Fevralın 18-nə təyin olunan prezident seçkisində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına 15 namizədin ərizəsi daxil olub. Namizədlər arasında - "Ermənistan rifahı" şüarı ilə hazırkı prezident Serj Sarkisyan, Azadlıq Partiyasının sədri, keçmiş baş nazir Qrant Baqratyan öz partiyaları adından iştirak edirlər. Qalanları isə öz namizədliklərini şəxsən irəli sürənlərdir.

Bu siyahıda Sarkisyan daha real namizəd kimi görünür. Digərləri üçün isə bu seçkilər sadəcə olaraq özünə diqqət yetirmək və ya siyasi bir piardır. Seçkiöncəsi baş verən siyasi proseslərə və qüvvələrin yerləşdirilməsinə nəzər salsaq, ilk növbədə qeyd etmək lazımdır ki, prezident seçkiləri, ölkənin siyasi sisteminin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.

Seçkiöncəsi proseslərdə hiss edilən məqam mövcud hökumətin ilk dəfədir ki, birmənalı şəkildə qələbəsinə əmin olmamasıdır. 2008-ci ildə hakim partiya - Ermənistan Respublika Partiyası (ERP) kütləvi etiraz dalğasını - koalisiya ortağı olan "Çiçəklənən Ermənistan" (ÇE) ilə birlikdə sakitləşdirsə də, bu gün, ÇE hökumətdən parlament idarə formasına keçirilməsi istiqamətində növbəti islahatlar tələb edir. Eyni zamanda ölkədəki ağır sosial-iqtisadi vəziyyət, günbəgün artan miqrasiya, vəzifəli məmurların özbaşınalığı dövlət orqanlarına qarşı əhalinin ikrah hissini daha da artırır.

Ermənistan Dövlət Statistikasına əsasən, hökumətin son qərarı ilə minimum əmək haqqının 2500 dram (təxminən 6 dollar) artırılması, hakim partiya istisna olmaqla çoxlarının istehzasına səbəb oldu. Təbii ki, minimum istehlak səbəti 53 min dram (təxminən 130 dollar) və minimum əmək haqqı 35 min dram (təxminən 86 dollar) təşkil edirsə, yüksək inflyasiya və artan qiymətlər şəraitində bu artım ancaq gülüş doğura bilər.

Digər tərəfdən Ermənistan hakimiyyətinin xarici "oyunçular"dan və daxili oliqarxlardan güclü asılılığı ermənilərin hər hansı müsbət və planlı dəyişikliyə nail olmaq istəyini minimuma endirir. Belə bir şəraitdə istər xarici, istərsə də daxili maraqları olan qüvvələr üçün kimin prezident olacağı maraq doğurmaya bilməz.

Ən güclü siyasi rəqib, Ermənistanın sabiq prezidenti 68 yaşı və sağlıq durumunda problemlər olan Levon Ter-Petrosyan seçkilərdə iştirak etmir. Məlumdur ki, 2008-ci ildə olduğu kimi hazırda da ona dəstək verilmir. Bundan əlavə, Erməni Milli Konqresinin parlamentdəki təmsilçiliyi (131 deputatın 7-si) yalnız tükənən potensialdan xəbər verir.

Hazırkı prezident Sarkisyan isə özünü qərbpərəst göstərməyə çalışır, bununla da Qərbin tələblərinə tam cavab vermək və seçkidə dəstək qazanmağa çalışır. Məlumdur ki, Ermənistan iqtidarı beynəlxalq miqyasda qabartmağa çalışdığı - istər qondarma "erməni soyqırımı", Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətləri, Avrasiya İttifaqı və digər məsələlər vasitəsilə seçkilərdə müəyyən manipulyasiyalar etməyə çalışacaqdır.

Hətta bir az da irəli gedən Sarkisyan, Qərbdə xoş təəssürat yaratmaq üçün Avropaya inteqrasiya istiqamətində addımlar ataraq, tezliklə eynicinsli şəxslər arasında nikahı qanuniləşdirmək istəyir. Bununla əlaqədar ölkəyə dəvət edilmiş Avropa İttifaqının ekspertləri və mütəxəssisləri xeyli müddətdir ki, Ermənistan qanunvericiliyinə dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi hazırlayıblar. Bu qanuna Ermənistan prezidenti seçildikdən sonra dəyişikliklər edilməsi planlaşdırılır, əks halda, o, hakimiyyəti daha tezliklə itirə bilər.

Hətta 2006-cı ildə Fransada yaşayan Arno və Misha adlı iki erməni Ermənistana gələrək Müqəddəs Eçmiədzin divarları arasında kilsədə üzük taxaraq həmcins nikahlarını gerçəkləşdirdilər. Buna cavab olaraq ölkədə heç bir kütləvi etiraz və qalmaqal yaşanmadı.

Təbii ki, Serj Sarkisyan Rusiyadan da dəstək xahiş edəcək və əvəzində Ermənistanda özü tərəfdən yaradılmış və ya aidiyyatı oladuğu antirusiya əhval-ruhiyyəsinin qarşısının alınmasına zəmanət verəcək. Rusiyanın da Cənubi Qafqazda məlum geosiyasi maraqları olduğu üçün heç kimi dəstəkləməməsi qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti