Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İlkin/
Yanvarın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri Səfər Əbiyev qonağı, həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb.
Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.
Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.
Görüşdə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto da iştirak edib.