...

Azərbaycanın Braziliyadakı səfiri bu ölkənin Prezidentinə etimadnaməsini təqdim edib (FOTO)

Siyasət Materials 24 Yanvar 2013 12:03 (UTC +04:00)
Yanvarın 23-də Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov bu ölkənin Prezidenti Dilma Russefə etimadnaməsini təqdim edib.
Azərbaycanın Braziliyadakı səfiri bu ölkənin Prezidentinə etimadnaməsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 23-də Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov bu ölkənin Prezidenti Dilma Russefə etimadnaməsini təqdim edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təqdimat zamanı səfir Elnur Sultanov Prezident Dilma Russefə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Bu il Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyinin tamamlandığı və Azərbaycanın Braziliya ilə hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğu qeyd edilib.

Braziliya Prezidenti də öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularının çatdırılmasını xahiş edib. Braziliya Prezidenti Dilma Russef Braziliyada Azərbaycan səfirliyinin açılması ilə bağlı Elnur Sultanovu təbrik edib və iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir Elnur Sultanov Azərbaycan-Braziliya əlaqələrinin bir çox istiqamətlər, xüsusilə də ticarət-iqtisadi və humanitar sahələri üzrə əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb və Səfirlik tərəfindən ikitərəfli münasibətlərin möhkəmlənməsi naminə fəal işin aparılacağını bildirib.

Təqdimat mərasimində Braziliyanın Xarici İşlər Naziri Antonio Patriota və Braziliya Prezidentinin xarici siyasət üzrə müşaviri Marko Aurelio Qarsia da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti