...

DİN: ABŞ-ın Ankaradakı səfirliyində partlayışı Türkiyə vətəndaşı törədib

Siyasət Materials 1 Fevral 2013 20:17 (UTC +04:00)
ABŞ-ın Ankaradakı səfirliyinin binasının girişində özünü partladan terrorçu-intiharçı Türkiyə vətəndaşı və yəqin ki, solçu qruplaşmanın üzvü olub.
DİN: ABŞ-ın Ankaradakı səfirliyində partlayışı Türkiyə vətəndaşı törədib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

ABŞ-ın Ankaradakı səfirliyinin binasının girişində özünü partladan terrorçu-intiharçı Türkiyə vətəndaşı və yəqin ki, solçu qruplaşmanın üzvü olub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Muammer Güler bildirib.

"Bizdə olan məlumata görə, hücum edən şəxs türk olub. O, əvvəllər məhkum olunub, lakin hələlik ekspertizanın nəticələrini gözləmədən bu barədə heç bir iddia irəli sürməyəcəyəm. Çox güman ki, hücum edən qanunsuz solçu təşkilatın üzvü olub", - Güler qeyd edib.

Qeyd edək ki, bu gün ABŞ-ın Ankaradakı səfirliyinin girişində, viza bölməsində güclü partlayış olub.

Hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Xeyli sayda xəsarət alanın olduğu bildirilir.

Türkiyə polisi partlayışın "əl-Qaidə" təşkilatından olan terrorçu-intiharçı tərəfindən törədildiyini istisna etmir. Belə ki, bu yaxınlarda İstanbulda təşkilatın sabiq lideri Üsamə ben Ladenin kürəkəni saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti