...

Pakistanda ECO-ya üzv ölkələrin parlament spikerlərinin iclası keçiriləcək

Siyasət Materials 2 Fevral 2013 12:40 (UTC +04:00)
Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin parlament spikerlərinin icalsı keçiriləcək.
Pakistanda ECO-ya üzv ölkələrin parlament spikerlərinin iclası keçiriləcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir T.Cəfərov/

Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin parlament spikerlərinin icalsı keçiriləcək. Bu məqsədlə İran parlamentinin sədri Əli Laricani gələn həftə Pakistana səfər edəcək. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Şeyxülislam deyib.

Şeyxülislam bildirib ki, iclasda ECO-ya üzv ölkələrin parlament forumunun yaradılması ilə əlaqədar müzakirələr aparılacaq.

Onun sözlərinə görə, üzv ölkələrin parlament sədrlərinin iclası fevralın 11-də keçiriləcək.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələrin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti