...

İran 2015-ci ilədək kosmosa insan göndərmək istəyir

Siyasət Materials 5 Fevral 2013 15:00 (UTC +04:00)
İranın kosmosa insan göndərməsi üçün ona yaxın son dərəcə vacib texnologiyanı hazırlaması tələb olunur.
İran 2015-ci ilədək kosmosa insan göndərmək istəyir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın kosmosa insan göndərməsi üçün ona yaxın son dərəcə vacib texnologiyanı hazırlaması tələb olunur. Bu barədə İranın Aerokosmik Tədqiqatlar İnstitutunun rəhbəri Məhəmməd İbrahimi bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Mehr" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, İran həmin texnologiyaların əldə olunması üçün strateji plan hazırlayır, buna görə də ölkə artıq 2015-ci ilədək kosmosa insan göndərə biləcək.

İbrahimi bildirib ki, əvvəlcə suborbital kosmik uçuşa ölkənin ilk kosmonavtının göndərilməsi layihəsi reallaşdırılacaq.

Layihənin birinci fazasında İranda hazırlıq keçmiş iki astronavt 15-20 dəqiqə ərzində 200 kilometr yüsəklikdə suborbital uçuş həyata keçirəcək və sonra Yerə qayıdacaqlar.

Onun sözlərinə görə, insan üçün nəzərdə tutulan kapsul kimi texnologiyalara indiyədək yalnız Çin, ABŞ və Rusiya malik olub.

Qeyd edək ki, İran yanvarın 28-də göyərtəsində meymunun olduğu "Pisgham" kosmik kapsulu ilə "Kavoshgar-4" raketini kosmosa buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti