Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/
Avropa İttifaqı Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını istəyir, çünki onun texnologiyası köhnəlib, eyni zamanda seysmoloji cəhətdən təhlükəli bir ərzaidə yerləşir. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycanın radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərinin inkişafı üzrə "Tvinninq" layihəsinin təqdimat mərasimində çıxışı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.
Kobia hesab edir ki, "Metsamor" Atom Elektrik Stansiyası qonşu dövlətlər, o cümlədən Azərbaycan üçün də təhlükə yaradır.
"Avropa İttifaqı uzun müddətdir ki, "Metsamor" AES-in ləğvinə çalışır, çünki o çox təhlükəlidir", deyə Kobia bildirib.
Avropa İttifaqı Ermənistanda yerləşən "Metsamor" AES-in fəaliyyətinin dayandırılmasını istəyir
Avropa İttifaqı Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını istəyir, çünki onun texnologiyası köhnəlib, eyni zamanda seysmoloji cəhətdən təhlükəli bir ərzaidə yerləşir.
