...

Əli Əhmədov: Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub

Siyasət Materials 22 Fevral 2013 18:16 (UTC +04:00)
Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın rəsmi saytına açıqlamasında söyləyib.
Əli Əhmədov: Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Söyün Sadıqov ziyanlı və ona şərəf gətirməyən işə baş qoşub. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın rəsmi saytına açıqlamasında söyləyib.

"İnanmıram ki, o, baş qoşduğu işin mahiyyətini tam aydınlığı ilə dərk edir. Əgər dərk edirsə, onda onun əməllərinin adı tamam başqadır. Müxtəlif siyasi oyunlara girib mənsub olduğu xalqa ziyan vurmaq istəyənlər heç zaman rəğbət qazana bilməyiblər", - Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycanın tarixində belələri olub. "Xalq onları lənətlə xatırlayır. Söyün Sadıqov həmin siyahıya daxil olmaq istəyirsə, bu onun öz işidir. Ancaq bir şey hər kəsə aydındır. Söyün Sadıqovdan bir alət kimi istifadə edilir. Alətdən isə, bir qayda olaraq, işə yararlı olduğu zamana qədər istifadə olunur", - Əhmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti