Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Suriyada İraqın şimalındakı kürd muxtariyyəti tipli muxtariyyətin yaradılmasına yol verməyəcək. Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə və regionun başqa ölkələri Suriyanın birliyinə ziyan vura biləcək hansısa birliyin yaradılmasına yol verməyəcək.
Ərdoğan, habelə İranı Suriya böhranı məsələsində fəaliyyətsizlikdə günahlandırıb və Tehranın Suriyada on minlərlə müsəlmanın ölümü qarşısında susmasının qəbuledilməz olduğunu bildirib.