...

Gürcüstanda kəşfiyyat xidməti Prezidentin sərəncamından çıxarılır

Siyasət Materials 28 Fevral 2013 10:11 (UTC +04:00)
Dövlət Kəşfiyyat Xidməti Gürcüstan hökumətinə tabe olacaq.
Gürcüstanda kəşfiyyat xidməti Prezidentin sərəncamından çıxarılır

Gürcüstan, Tbilisi, 28 fevral / Trend, müxbir N.Kirtsxaliya /

Gürcüstanda Dövlət Kəşfiyyat Xidməti hökumətə tabe olacaq. Gürcüstan parlamentindən Trend-ə verilən məlumata görə, bu dəyişiklik ölkə parlamentinin Prosedur komitəsinin rəhbəri İrina İmerlişvilinin təşəbbüsü ilə müvafiq qanuna daxil ediləcək.

Layihəyə görə, Kəşfiyyat Xidməti İcra hakimiyyətinin tabeçiliyində olan xüsusi təyinatlı müəssisə olacaq. Onun fəaliyyəti üzərində hökumət nəzarəti olacaq.

Dəyişikliyin qüvvəyə minməsindən sonra Dövlət Kəşfiyyat Xidmətinin fəaliyyəti məsələləri, müvafiq vəzifəli şəxslərin vəzifəyə təyin və azad edilməsini Prezident əvəzinə Baş nazir həll edəcək.

Parlament əksəriyyətinin təşəbbüsləri çərçivəsində Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu da Baş nazirin tabeçiliyinə keçəcək.

Qeyd edək ki, artıq Dövlər Mühafizəsi Xüsusi Xidməti Baş nazirə tabedir. Prezident Mixeil Saakaşvili artıq mühafizəçilərin xidmətlərindən imtina edərək Gürcüstanda öz şəxsi avtomobili ilə hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti