...

Serj Sarqsyan Moskvaya səfər edəcək

Siyasət Materials 1 Mart 2013 12:04 (UTC +04:00)
Ermənistanın dövlət başçısı Serj Sarqsyan martın 12-də Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yola düşəcək. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" "Qranapak"a istinadən yazır.
Serj Sarqsyan Moskvaya səfər edəcək

Azərbaycan, Bakı, 1 mart /Trend/

Ermənistanın dövlət başçısı Serj Sarqsyan martın 12-də Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yola düşəcək. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" "Qranapak"a istinadən yazır.

Gündəliyə Avrasiya, Gömrük İttifaqı və KTMT qoşunlarına dair məsələlər daxil edilib.

Nəşrin yazdığına görə, görüşdə Xocalı aeroportunun istismara verilməsi məsələsi də müzakirə olunacaq.

"Doğrudur, bizim Prezident Administrasiyasına yaxın olan mənbələr görüş zamanı belə məsələlərin müzakirə olunacağını istisna edir. Lakin buna baxmayaraq, aydındır ki, bu görüş siyasi vektorların müəyyən edilməsi üçün həlledici olacaq", - Qraparak yazır.

Bununla yanaşı nəşr, görüşdə Ermənistana satılan Rusiya qazının qiyməti məsələsinin də müzakirə ediləcəyi və bu məsələnin qəti şəkildə həll olunacağını qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti