...

Azərbaycan və İran arasında bir sıra sahələrdə müştərək investisiyaların yatırılması məsələləri müzakirə edilib

Siyasət Materials 1 Mart 2013 23:22 (UTC +04:00)
Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın Mazandaran əyalətinin başçısı Əli Əkbər Tahayi ilə görüşüb.
Azərbaycan və İran arasında bir sıra sahələrdə müştərək investisiyaların yatırılması məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir T. Cəfərov/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın Mazandaran əyalətinin başçısı Əli Əkbər Tahayi ilə görüşüb.

İran səfirliyindən Trend-ə verilən məlumatda deyilir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışılıb.

Tahayi deyib ki, Azərbaycan MDB ölkələrinə açılan qapıdır və İranla Azərbaycan bu potensialdan istifadə etməlidir.

Görüşdə iki ölkənin özəl sektorunda əlaqələrin inkişafı üçün Mazandaran əyalətinin ticarət palatası və Azərbaycanın ticarət palatası arasında müştərək görüşlərin keçirilməsi haqda razılığa gəlinib.

Həmçinin, dənizdə yük daşınmaları, tikinti materiallarının Azərbaycana ixracı, Xəzər dənizində balıqçılığın inkişafı, enerji, nərə kimi balıqların yetişdirilməsi və meşə massivlərindəki yanğınların söndürülməsi sahəsində müştərək investisiyaların yatırılması və əməkdaşlığın reallaşdırılması məsələləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti