...

Litvanın xarici işlər naziri Bakıda danışıqlar aparacaq

Siyasət Materials 4 Mart 2013 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir S.Ağayeva/

Litvanın xarici işlər naziri Linas Linkyaviçyus martın 5-də Bakıya rəsmi səfərə gələcək. Bu barədə bazar ertəsi Trend-ə Litvanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlik əməkdaşlarının sözlərinə görə, Linkyaviçyus martın 6-da Azərbaycan rəhbərliyi və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Danışıqlar zamanı regional və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti