...

Fransanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Siyasət Materials 18 Mart 2013 16:17 (UTC +04:00)
Fransanın müdafiə naziri Jan-İv Le Drian 28-29 mart tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq.
Fransanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir A.Tağıyeva/

Fransanın müdafiə naziri Jan-İv Le Drian 28-29 mart tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Drian türkiyəli həmkarı İsmət Yılmazın dəvəti ilə səfər edəcək. Səfər çərçivəsində, əsasən, müdafiə sahəsində birgə layihələr müzakirə olunacaq.

Həmçinin, Suriya, Mali və Əfqanıstandakı vəziyyət, xüsusən də Fransa hərbçilərinin Əfqanlstandan çıxarılması müzakirə olunacaq.

Drianın türkiyəli həmkarı ilə yanaşı, ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti