...

Venesuela əhalisinin yarısı prezident seçkilərində Maduraya səs verəcək

Siyasət Materials 20 Mart 2013 06:25 (UTC +04:00)
Hazırda Venesuelada prezident səlahiyyətlərini icra edən Nikolas Maduranın aprel ayının 14-də keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı daha yüksəkdir.
Venesuela əhalisinin yarısı prezident seçkilərində Maduraya səs verəcək

Azərbaycan, Bakı, 20 mart /Trend/

Hazırda Venesuelada prezident səlahiyyətlərini icra edən Nikolas Maduranın aprel ayının 14-də keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı daha yüksəkdir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkədə keçirilmiş rəy sorğusunun nəticələri sübut edir.

Məlumatda bildirilir ki, "Datanalisis" şirkətinin keçirdiyi telefon sorğusuna görə, əhalinin 48,8 faizi Nikolas Maduraya səs verəcək. Onun rəqibi Enrike Kapriles isə 33,8 faizlik dəstəyə malikdir.

Bununla yanaşı, əhalinin 57 faizi ölkədəki ümumi vəziyyəti normal, 40 faizi isə mənfi qiymətləndirir.

Qeyd edək ki, Kaprilesdən fərqli olaraq, Maduro ilk dəfə seçkilərdə namizəd kimi iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti