...

YAP nümayəndə heyəti Vyetnamda səfərdədir

Siyasət Materials 25 Aprel 2013 14:11 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 19-cu iclasında iştirak edir.
YAP nümayəndə heyəti Vyetnamda səfərdədir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 19-cu iclasında iştirak edir.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə YAP İcra katibinin müavini, millət vəkili Mubariz Qurbanlı və partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev daxildir.

Səfər çərçivəsində YAP nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 19-cu iclasında və qrup iclaslarında iştirak edəcək, tədbirə ev sahibliyi edən Vyetnam Kommunist Partiyasının rəhbər şəxsləri ilə görüş keçirəcəklər.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Səfər aprelin 29-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti